Qaynar xətt:

(+99450) 247 90 86

Hələ beləsi olmamışdı:Bakıda klinikaya xəstə adı ilə girən şəxs görün nə etdi +VİDEO+

2018-12/1544506403_1544502872_5c0e6b72e0136_o.png

KRİMİNAL

787

11.12.2018, 09:33

 Bakıda özəl klinikadan oğurluq edilib.
Hadisə Nəsimi rayonu Vaqif prospektindəki klinikada baş verib. Oğurluq anı xəstəxananın təhlükəsizlik kamerasına da düşüb. Klinikaya xəstə kimi daxil olan təxminən 25-30 yaşlı bir nəfər əvvəlcə ödəmə terminalına yaxınlaşıb, güya nəsə ödəniş edir. Həmin şəxs qəbul şöbəsində heç kimin olmadığını görüb ora yaxınlaşır. Daha sonra o, qəbul şöbəsində işləyən Aytən Həsənovanın iki ədəd mobil telefonunu götürüb cibinə qoyur. Dərhal həmin şəxs gödəkçəsini geyinib klinikanı tərk edir. Zərərçəkmiş Aytən Həsənova deyir ki, hadisə onun bir neçə dəqiqəlik qəbul şöbəsindən kənara çıxması zamanı olub. Zərərçəkmişin sözlərinə görə, ona təxminən 800 manat ziyan dəyib. Aytən Həsənova deyir ki, əgər həmin şəxs telefonları gətirib təhvil verməsə polisə müraciət edəcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: