Qaynar xətt:

(+99450) 247 90 86

Arvadının qohumunu zorlamaqda təqsirləndirilən şəxsə bəraət verildi

Arvadının qohumunu zorlamaqda təqsirləndirilən şəxsə bəraət verildi

KRİMİNAL

726

10.12.2018, 23:17

\"\" Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qohumunu zorlamaqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Məftun Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com-un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Bayramovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib.
O, məhkəmə iclas zalından azadlığa buraxılıb.