Şirinov Elnur Feyruz oğlu həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızını dəfələrlə zorlayan atanın məhkəmə prosesi başlayır.
Cinayət məcəlləsinin 149.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) və 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilən, Tərtər rayon sakini Şirinov Elnur Feyruz oğlunun məhkəmə prosesinin hazırlıq iclası dekabr ayının 10-da hakim Kəramət Əliyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində E.Şirinovun qızı tanınıb.
İttiham aktına görə, ötən ilin sonlarında Tərtər rayonunun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb.
14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb.
İstintaq zamanı məlum olub ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş.
Bildirilir ki, E.Şirinovun 6 azyaşlı qızı var. Onların ən böyüyü – zorlanan 14 yaşlı qızdır. Hadisəni törədən şəxsin arvadı 6-cı oğlan uşağına bu yaxınlarda hamilə qalsa da, E.Şirinov arvadını döyüb, həmin uşağın da ana bətnində ölümünə səbəb olub.
Adıçəkilən cinayəti törədən şəxs həbs zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.
//AzNews.az
Oxu24.com
ŞƏRHLƏR