Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda mikroavtobus qəzaya uğradı - XEYLİ YARALI VAR

2018-12/1543943838_qezax2-1.jpg

KRİMİNAL

798

04.12.2018, 21:16

\"\" Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb 5 nəfər xəsarət alıb.
Oxu24.com  report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sərnişindaşıyan mikroavtobusla \"Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüsynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.