Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə YANĞIN: ölən var - FOTO

2018-11/1543506028_yangin2.jpg

KRİMİNAL

865

29.11.2018, 19:39

\"\" Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.
\"Oxu24.com\"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb. Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır