Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7487
az

Lənkəranda ŞOK OLAY: canavar yeniyetmələrə hücum etdi - FOTO

22:2628 Noyabr, 2018
828
KRİMİNAL
  • A
Lənkəran rayonunda canavar yeniyetmələrə hücum edib.

Oxu24.com xəbər verir ki, hadisə dağ kəndi Biləsərdə baş verib.

Canavar hücumuna məruz qalan 16 yaşlı Anar Rəcəbovun atası Rizvan Rəcəbovun dediyinə görə, oğlu axşam saatlarında mal-qaranı həyətə gətirərkən kənddə canavarın hücumuna məruz qalıb. Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib. A.Rəcəbov canavarın dişlərindən qurtarmaq üçün əlindəki mobil telefonla yırtıcının başına bir neçə zərbə edirib. Bu zaman canavar onun əlini dişləmək istəyib, lakin əlindəki telefon yeniyetmənin həyatını xilas edib.

Özünü itirməyən A.Rəcəbov yaxınlıqdakı həyətlərdən birinə girib. Onun ardınca həyətə soxulan yırtıcı həyətdəki itlə boğuşduqdan sonra səs-küydən hürkərək qaçıb.

Canavar bundan bir neçə dəqiqə sonra kəndin digər ərazisində məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Gündüz oğlu Abdullayevə hücum edərək, ona da sol bud nahiyəsindən xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardımlar edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı