Qaynar xətt:

(+99450) 247 90 86

İşlədiyi evin mətbəxinə girib görün nə etdi -VİDEO

2018-11/1543383320_product_1543320685.jpg

KRİMİNAL

957

28.11.2018, 09:34

  Kürdəmir rayonunda evdən 3000 manatlıq məişət avadanlıqları oğurlanıb.
ARB TV xəbər verir ki, 1974-cü il təvəllüdlü Elçin Saday oğlu Səlimov Kürdəmir rayonu, Ə.Abdullayev küçəsi, ev 31 ünvanındakı evin mətbəxindən və yataq otağından 3 000 manat dəyərində məişət avadanlıqlarının naməlum şəxs və ya şəxslərin oğurlaması ilə bağlı rayon polis şöbəsinə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu, Xırdapay kənd sakini, 1982-ci il təvəllüdlü Qabil Kamal oğlu Süleymanovun noyabrın 18-də Kürdəmir şəhəri, Ə.Abdullayev küçəsi 31 ünvanında yerləşən evə daxil olaraq 1 ədəd “Samsung” markalı soyuducunu, 1 ədəd “Samsung” markalı paltaryuyanı və 1 ədəd “Rotex” markalı televizoru oğurladığı müəyyən edilib. Həmin şəxs saxlanlıb, oğurladığı əşyalar isə maddi sübut qismində istintaqa təqdim edilib. O, törətdiyi əməldən peşmançılıq çəkdiyini bildirib.