Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7429
az

11 yaşlı əmisi qızının təcavüz etdi, sonra digər oğlanlar... - Azərbaycanda biabırçı hadisə

11:1227 Noyabr, 2018
1264
KRİMİNAL
  • A
Tərtər rayonunda zorlamada və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Nicat Ağayev, 1991-ci il təvəllüdlü Ərşad Əhmədov və 1991-ci il təvəllüdlü Amal Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əmisi oğlu tərəfindən təcavüz

Amal Vəliyev təxminən 2015-cı ilin noyabr ayının ortalarında əmisi Vaqifin evinə gəlib. O, fərdi yaşayış evinə gələrək, onun yetkinlik yaşına çatmayan qızı Samirəyə qarşı seksual xarakterli hərəkətlər edib.

Amal Vəliyev əmisi qızına "artıq böyümüsən” sözlərini deyib, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman Samirə Vəliyeva da əmisi oğluna etiraz etməyib. Onlar evdə cinsi əlaqədə olublar.

Cinayətin digər iştirakçısı

İstintaq sənədlərinə görə, ilk dəfə Samirə Vəliyevanın bakirəliyini əmisi oğlu pozub. Bundan sonra kənddə olan digər oğlanlar da Samirə ilə intim əlaqədə olub.

Belə ki, kənd sakini Nicat Ağayev 27 dekabr 2015-ci il tarixdən təxminən 2016-cı ilin iyun ayının axırına qədər Tərtər rayonunun Səhlabad kəndində 2004-cü il təvəllüdlü Samirə Vəliyeva ilə cinsi əlaqədə olub.

Üçüncü dəfə təcavüz

O, müxtəlif vaxtlarda həmin kənddə yaşayan əmisinin evində əmisi qızı ilə görüşüb, onunla cinsi əlaqədə olub, əxlaqsız hərəkətlər edib.

Bundan başqa, Ərşad Əhmədov da həmin müddətdə Samirə Vəliyeva ilə görüşüb, onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Amal Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, əmisi qızı ilə cinsi əlaqədə olmadığını deyib.

"Nə demək istədiyini başa düşdüm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Vəliyeva bildirib ki, təxminən 2015-ci ilin noyabr ayının ortalarında evdə olarkən bacısı Nurayla qardaşı Namil bayırda oynayıb, anası Xalidə xalasıgildə, atası Adil isə işdə olub: "Həmin vaxt əmim oğlu Amal yaşadığımız evə gəldi. O, bir az söhbət etdikdən sonra əlini döşlərimə və arxama atdı. Bu zaman mənim böyüdüyümü, evlərində heç kimin olmadığını dedi. Məni öz evlərinə dəvət etdi. Onun nə dediyini başa düşdüm. Bu səbəbdən onunla birlikdə onlara getdim”.

"Başım gicələndi”

Zərərçəkmişin sözlərinə görə, evə çatdıqda sonra Amal onunla cinsi əlaqədə olub: "Həmin vaxt ayağa durmaq istədim. Amma dura bilmədim, başım gicəlləndi, yenidən çarpayının kənarında əyləşdim. Bir az sonra özümə gəldim. Bundan sonra evimizə getdim”.

Tərtər rayon Məhkəməsinin hökmü ilə Amal Vəliyev 2 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər – Nicat Ağayev və Ərşad Əhmədov isə hər biri 2 il müddətinə islah işləri cəzasına məhkum olunublar.

Məhkumların cəzaları

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə onların apelyasiya şikayətləri təmin olunmayıb. Bu qərardan narazı qalan məhkumlar kasasiya şikayəti veriblər.
 
///Publika.az

Onların kasasiya şikayətləri baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Bu yaxınlarda verilən qərara görə, kasasiya şikayətləri təmin olunmayıb.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ