Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7411
az

27 yaşlı şairin intihar səbəbi: “Adam öldürmüşəm...”

17:0626 Noyabr, 2018
1041
KRİMİNAL
  • A
 Azərbaycanlı gənc şair Şaiq Sadıqzadənin intiharının təfərrüatları açıqlanıb.

Mərhumun qohumu Səməd Mustafazadə Azvision.az-a bildirib ki, Meşəli kəndində yerləşən Kəlbəcər rayonu 100 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyən Ş.Sadıqzadənin bir müddət əvvəl qəza törətməsi onun intiharına səbəb olub.


“Şaiq Sadıqzadə Əjdər oğlu əslən Kəlbəcər rayonunun Zəylik kəndindəndir. Ailəsi Goranboyun Börü kəndində məskunlaşıb . Kəlbəcər rayonu 103 saylı tam orta məktəbini bitirib. Psixoloji durumu qaydasında idi. Onu ağıllı, zəkası olan bir gənc kimi tanıyırdıq. Keçən il Lənkəran Dövlət Universitetinin məzunu oldu. Coğrafiya fükültəsini bitirdi. Bu il də müəllim kimi fəaliyyətə başlamışdı. Bir zamanlar medianın gündəminə ixtiraları ilə düşmüşdü. Hələ tələbə olarkən ağılllı cihaz ixtira etmişdi. Mobil telefon vasitəsi ilə uzaqdan idarə etmə sistemi yaratmışdı. Həmin cihazla uzaqdan maşınları işə salmaq, elektrik lapmalarını açıb bağlamaq, qapıları örtmək mümkündür. Belə savadlı oğlan idi. Kəndimizin sevimli bir övladı idi".


S.Mustafazadə gənc şairin bir ay əvvəl avtomobil qəzasına düşdüyünü söyləyib: "İdarə etdiyi maşınla qəza keçirmişdi. İki maşın toqquşmuşdu. Qarşıdakı maşında yaşlı kəlbəcərli dünyasını dəyişmişdi. Ölən şəxsin qohumları şikayətçi olmadılar. Hər şey qaydasında gedirdi. Eşitdiyimə görə, işlədiyi məktəbə gedəndə maşında ölən şəxsin evinin yanından keçirmiş. Dostları arasında deyirmiş ki, mən bunu özümə bağışlaya bilmirəm, adam öldürmüşəm. Əslində onun günahı yox idi, sadəcə psixoloji sarsıntı yaşayırdı”.



Müsahibin sözlərinə görə, bacısıgilə getmək adı ilə evdən çıxan 27 yaşlı Şaiq özünü qoz ağacından asaraq intihar edib: “Axşam evdəkilərə deyib ki, bacısıgilə baş çəkməyə gedir. Onlar üç bacı, iki qardaş idilər. Evinə getmək istədiyi bacısı evlidir, kəndin o biri başında qalır. Evdən çıxandan 20 dəqiqə sonra atası qızına zəng edib Şaiqi soruşub. Deyiblər ki, onlarda yoxdur. Narahat qalıblar. Bağlara, yollara baxıblar. Sonra məhəllələrində qoz ağacından asılmış meyitini tapıblar. Savadlı, yerini bilən oğlan idi. Onun ölümünə çox pis olduq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ