Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 8 nəfər... Hadisə

KRİMİNAL

835

25.11.2018, 15:29

\"\" Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Oxu24.com-un \"Report\"a istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 125-ci kilometrliyində, Hacıqabul şəhərinin çıxışında qeydə alınıb. 07-EG-547 dövlət qeydiyyat nişanlı \"Mercedes Vita\" markalı mikroavtobusda 90-DA-004 dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 6-sı ağır olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar 3-ü reanimasiya şöbəsinə olmaqla Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkmişlərdən hələ ki, 5-nin adı məlumdur. Bunlar Bakı sakinləri - 1991-ci il təvəllüdlü Köçəliyeva Elnarə Əhməd qızı, 1968-ci il təvəllüdlü Pirişova Rübabə Şahlar qızı, 1981-ci il təvəllüdlü Mikayılova Samirə Hacıbala qızı, 1986-cı il təvəllüdlü Tağızadə Şəhla Firdovsi qız və 1967-ci il təvəllüdlü Həsənova Yaqut İlham qızıdır. Digərlərinin şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.