Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda ər özünü də, 23 yaşlı arvadını da yandırdı

Azərbaycanda ər özünü də, 23 yaşlı arvadını da yandırdı

KRİMİNAL

794

25.11.2018, 12:36

\"\" Gədəbəy rayonunda 2 nəfər şəxs ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Rayonun Turşusu kəndində 1985-ci il təvəllüdlü yerli sakin Samir Məmmədov evindəki qaz sobasını yandıran zaman ehtiyatsızlığa yol verib və nəticədə alov sobadan kənara yayılıb. Bu zaman özü və sobanın yaxınlığında olan 1995-ci il təvəllüdlü həyat yoldaşı İlahə Məmmədova əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır