Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda şok cinayət: Kriminal avtoriteti BMW-də güllələyib öldürdülər

2018-11/1543130651_1543129313_44943439_1459296787542626_6558264814446051328_n.jpg

KRİMİNAL

1100

25.11.2018, 11:24

\"\" Saatlı rayonunun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan şəxs tapança ilə güllələnərək qətlə yetirilib.
1967-ci il təvəllüdlü kən sakini Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib. Meyit müayinə olunmaq üçün Sabirabad morquna təhvil verilib. Onun kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Adıçəkilən şəxsin dəfələrlə məhkumluq həyatı yaşadığı qeyd olunur. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.