Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7051
az

Bakıda 3 uşaq anasına qarşı həkim amansızlığı – Aytən Səfərova xəstəni ölümlə üz-üzə qoydu (FOTOLAR)

20:0214 Noyabr, 2018
916
KRİMİNAL
  • A
  Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanova bu ilin mayında "Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib, amma ailənin sevinci uzun sürməyib, qadının qarnı sürətlə şişib, şiddətli ağrıları başlayıb.
Əməliyyatı aparan həkim-ginekoloq Aytən Səfərova Aslanovanı təkrar müayinə edib, qadına bağırsaq keçməzliyi diaqnozu qoyulub, müalicəyə başlanılıb. Ağrılar azalmadığından ailə başqa klinikaya müraciət edəndə bəlli olub ki, əməliyyat zamanı qadının sidik kisəsi deşilib, qarın boşluğuna maye yığılıb, üstəlik yanlış diaqnoz əsasında qəbul edilən dərmanlar da bir tərəfdən orqanizmə mənfi təsir göstərib.
Gülçin Aslanova virtualaz.org-a müraciət edərək başına gələnləri danışıb. Onunsözlərinə görə, son 5 ayda daha 2 ağır əməliyyat keçirib, amma hələ də tam sağalmayıb, keçirdiyi sarsıntılar nəticəsində körpəsinə qulluq edə, ana südü ilə qidalandıra bilmir.
"Həkim mənə əməliyyatdan sonra fəsad yarandığını söyləmədi, halbuki əvvəlcədən bilsəydim dərhal əməliyyat olunardım, bu qədər əzab-əziyyət çəkməzdim. Sonradan bildim ki, səhvini gizlətmək üçün müalicə adı ilə məni yubadırmış”, -Aslanova deyir.
Həkim Aytən Səfərova hər gün yerli telekanallarda reklam edilir, ekspert qismində şou-proqramlara dəvət olunur. Aslanova etiraf edir ki, məhz buna görə də Səfərovaya inanıb.
Gülçinin həyat yoldaşı Ramil Aslanov isə deyir ki, sonuncu əməliyyat 4 saat çəkib, qarın boşluğundan 10 litrdən çox maye boşaldıblar. "Sözlə ifadə olunmayacaq qədər dəhşətli ağrıları vardı, nəfəs ala bilmirdi, bütün bədəni şişmişdi. Həkimlər dedilər ki, bir qədər gec müraciət etsəydik Gülçini xilas etmək mümkün olmayacaqdı. Ən ağrılısı isə odur ki, həkim Aytən Səfərova əməliyyatdan sonra fəsad yarandığını bilib, amma gizlədib, 3 uşaq anasını amansızcasına ölümlə üz-üzə qoyub”, -Aslanov deyib.
Ramil Aslanov danışır ki, həyat yoldaşı keçirdiyi uğursuz əməliyyatdan sonra mənəvi və fiziki əzablar çəkdiyindən yeni doğulan körpəyə ana qayğısı göstərə bilmir: "Həyat yoldaşım həm sağlamlığından oldu, həm də maddi ziyana düşdük. Bu müddət ərzində dəfələrlə müraciət etsək də, Aytən Səfərova reaksiya vermədi, əksinə köməkçisinin vasitəsi ilə xəbər göndərərək saymazyana bildirdi ki, hara istəsək şikayət edə bilərik, onun güvənə biləcəyi adamlar var. Yeganə istəyim odur ki, həkim cəzasız qalmasın, bizim aylarla çəkdiyimiz əzab-əziyyəti başqaları da yaşamasınlar”.
Aslanovlar ailəsi 50 min manat təzminat ödənilməsi, çəkilən xərclərin geri qaytarılması tələbi ilə Səbail Rayon Məhkəməsində klinikaya qarşı iddia qaldırıb. Ayrıca Bakı Şəhər Prokurorluğuna müraciət edilərək Aytən Səfərovanın cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunub. Bakı Şəhər Prokurorluğu isə işə baxılması üçün sənədləri Səbail Rayon Prokurorluğuna göndərib.
Aslanovun sayta təqdim etdiyi ekspertiza rəyində göstərilir ki, Gülçin Aslanovada sidik kisəsinin perforasiyasının (toxuma tamlığının pozulması) olduğu müəyyən edilib. Bu zədələnmənin 18.05.2018-ci ildə hospitalda üzərində edilən keysər kəsiyi cərrahiyyə əməliyyatı zamanı baş verməsi inkar olunmur. Həm məhkəmə, həm də prokurorluq işi təkrar ekspertizaya göndərib."Caspian İnternational Hospital”dan bildiriblər ki, Aytən Səfərova hazırda onlarla çalışmır, ailənin iddiasına isə yalnız həkim özü cavab verə bilər.




  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ