Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7031
az

“Gəlin və 4 uşaq yanaraq tanınmaz hala düşüb” - İcra nümayəndəsi

10:1514 Noyabr, 2018
953
KRİMİNAL
  • A
 Daşkəsən rayonu Quşçu kəndində 4-ü uşaq olmaqla 5 nəfərin ölümünə səbəb olan yanğının nədən baş verdiyi bilinmir.

Bu barədə Azvision.az-a kəndin icra nümayəndəsi Kərim Kərimov məlumat verib. O, bildirib ki, meyitlər ekspertizaya aparılıb.

"Gecə saatlarından burdayıq. Gəlin və 4 uşaq yanaraq tanınmaz hala düşüb. Evin sahibi Pənah TağıyevŞəmkirdə fəhlə işləyir. Oğlu həmin gecə malları itdiyi üçün onu axtarmağa gedib. Pənah Tağıyevin yoldaşı şəkər xəstəsi olduğu üçün xəstəxanada yatır. Yanğının səbəbini heç kim bilmir. Burada ümumyyətlə qaz yoxdur. Ola bilsin, yanğın ya işıqdan, ya da odun sobasından olub. Amma dəqiq səbəb ekspertizadan sonra bilinəcək”.

Qeyd edək ki, noyabrın 14-də saat 02:15 radələrindəDaşkəsənrayonunun Quşçu kəndində 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus ikimərtəbəli ev yanıb. Hadisə nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri - 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı ölüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü