Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 15 yaşlı qızdan ağlasığmaz hərəkət - Gecə saat 3-də...

2018-11/1542099091_1542097754_703188.jpg

KRİMİNAL

919

13.11.2018, 12:51

Bakıda yeniyetmə qız yaşadığı evdən xeyli pul və bahalı telefon götürərək qaçıb.
Oxu24.com  publika.az-a istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə müraciət edən 1983-cü il təvəllüdlü Firəngiz Zərbəliyeva (adlar şərtidir) Binə qəsəbəsində onunla birgə yaşayan qızı Aytənin noyabrın 11-nə keçən gecə saat 03 radələrində evdən qaçdığını bildirib. Qadın əlavə edib ki, 15 yaşlı qızı evdən qaçarkən 6 min manat pul və "İPhone" markalı telefonu da özü ilə aparıb. Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 15 yaşlı qızın harada olduğu hələlik məlum deyil.