Bakılı cinayətkarlar pul qoparmağın ən yaxşı üsullarından biri kimi sosial şəbəkədə rüsvay olmağı sınaqdan keçirirlər.
Oxu24.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nəsimi rayonu Polis İdarəsindən məlumat verilib.
Belə ki, Bakıda bu günlərdə baş verən hadisəyə həm gülmək, həm də kədərlənmək olar. Nəsimi rayonundakı 19-cu Polis bölməsinə şantaj qurbanı olmuş bir şəxs müraciət edib. Şikayətçi, 1994-cü il təvəllüdlü Göygöl rayon sakini E.M. (adı etik səbəblərdən çəkilmir) olub.
Gənc oğlan bildirib ki, gecə saat 2 radələrində Cavadxan küçəsində naməlum kişinin ondan 50 manat tələb edib. Əks halda cinayətkar onu biabır edəcək kadrları sosial şəbəkədə yayacağı ilə hədələyib. Zərərçəkmiş tələb olunan məbləği verib, lakin bundan sonra polis idarəsinə gedib…
Araşdırma zamanı hadisənin detalları məlum olub. Belə ki, zərərçəkmiş fahişə ilə olmaq üçün "sutenyor"a müraciət edib. Sonuncu da ona müvafiq "qadın"ı təqdim edib. Lakin fahişə ilə "yaxından tanış olarkən" zərərçəkmiş onun qadın yox, transseksual olduğunu aşkar edib. Qanı qaralan E.M. dərhal oranı tərk edib. Lakin küçədə onun qarşısını kəsən naməlum kişi E.M-in məlum görüşündən videokadrlara malik olduğunu bildirərək pul tələb edib.
Zərərçəkmiş həmin pulu ödəyib. O iddia edir ki, həmin görüşdə heç bir intim əlaqə olmayıb, lakin onları soyunarkən videoya çəkə bilərmişlər. Şantajçı hələ tutulmayıb, onu axtarırlar. Polisdə güman edirlər ki, şantajçı ilə sutenyor eyni adam ola bilər.
Oxu24.com
ŞƏRHLƏR