Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6736
az

Saxta pul hazırlayan ana və oğlu tutulub - FOTO

20:4304 Noyabr, 2018
875
KRİMİNAL
  • A
Abşeronda vətəndaşları aldadaraq onlara saxta əskinazlar verən ana və oğlu saxlanılıb.

Oxu24.com "report"-a istinadən bildirir ki, Baki şəhəri Nəsimi rayonunda yaşayan Nərgiz Mirzəyeva və oğlu Namiq Əsgərov Abşeronda saxta pulla vətəndaşları aldatdıqlarına görə saxlanılıblar.

Belə ki, Abşeron rayon sakini Gülbəniz Hüseynova Xırdalan şəhərində işlədiyi şirniyyat mağazasında əvvəllər tanımadığı bir qadının ona 50 manatlıq saxta pul, digər vətəndaş Adilə Sadıqova isə Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin yaxınlığında ticarətlə məşğul olan zaman bir qadının ona saxta pul verməsi barədə polisə məlumat veriblər. Aparılmış əməliyyat axtarış tədbirləri zamanı həmin cinayəti törətmiş ana və oğlu elə isti izlərlə tutularaq istintaqa təhvil verilib.

Əməliyyat zamanı onların yaşadıqları mənzildən saxta pul hazırlayan rəngli printer və digər aksessuarlar aşkarlanıb. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, ailənin digər üzvü Yusif Əsgərov da həmin cinayət əməlinə görə məhkumluq həyatı yaşayır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi