Qaynar xətt:

(+99450) 247 90 86

Polis onları həbs etdi

Polis onları həbs etdi

KRİMİNAL

511

19.03.2022, 11:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mingəçevir sakinləri narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edib.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Böyük Dəhnə kəndində yerləşən üç mağazadan ümumi dəyəri 2 000 manata yaxın olan müxtəlif məişət əşyalar, geyimlər və kompüterin oğurlanması barədə polis şöbəsinə müraciətlər daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb.

Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər və hadisələri narkotik vasitənin təsiri altında törətdiklərini bildiriblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.