“Elə bildim itdi, sonra gördüm çaqqaldı” - Hinə girən qadını çaqqal dişlədi
02 Noyabr 2026, 02:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
695
19.03.2022, 08:44
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahidlər-vaxtilə Vilyam Hacıyevə rüşvət verənlər və bunun hesabına öz işlərini "aşıranlar" ifadə veriblər, keçmiş başçıya hansı məbləğdə rüşvəti hansı iş üçün və kimin əliylə verdiklərini danışıblar. Onlardan bəziləri indi dəmir barmaqlıqlar arxasında oturan keçmiş başçıya öz hörmət-izzətlərini də ifadə etməyi yaddan çıxarmayıblar. Şahidlərdən biri hətta "Vilyam müəllimə" öz tükənməz sevgisini də izhar edib, amma deyib ki, bunun məsələyə dəxli yoxdur-rüşvət faktını etiraf etmək lazımdır.
virtualaz.org-un xəbərinə görə, prosesdə əvvəlcə İmişli rayonunun Qaralar kənd bələdiyyəsinin sədri Şıxəli Gülməmmədov ifadə verib. O, əvvəllər sahibkarlıqla məşğul olduğunu, 2015-ci ildə bələdiyyə sədri seçildiyini deyib: “Quruculuq, abadlıq işləri olanda sahibkar kimi yardım etmişəm. Pulu Vilyam müəllimə yox, mühasibə vermişəm. Müəyyən miqdarda imkanım çatan qədər köməklik etmişəm”.
“Abadlıq-quruculuq işləri” üçün rüşvət
İmişli rayonunun Sərxanlı kənd sakini Namiq Xankişiyev məhkəməyə verdiyi ifadəsində deyib ki, torpaq sahəsini atasının adından öz adına keçirmək üçün İmişli icra hakimiyyətinin hüquqşünası Rahim Zahidova 1300 manat pul verib.
Digər şahid, sahibkarlıqla məşğul olan Hümbət Həsənov V.Hacıyevi rayon rəhbəri kimi tanıdığını, şəxsi tanışlığı olmadığını deyib: “Yanacaqdoldurma məntəqəsi balaca idi. Onu böyütmək, genişləndirmək lazım idi. Mən də baş memara müraciət etdim. Mənə dedilər ki, rayonun quruculuq işləri üçün icra hakimiyyətinə 3 min manat verməlisən. Pulu baş memar Nazimlə birlikdə mühasibatlığa vermişəm".
Məmi duz-çörəyi tapdalamır, amma Vilyama 5 min manat verdiyini təsdiqləyir
Əvvəllər Pambıq Zavodunun direktoru, şəhər icra nümayəndəsi vəzifələrində, hazırda İmişli rayonunda bələdiyyə sədri işləyən Məmi Atakişiyev məhkəmə ifadəsində sabiq icra başçısı ilə münasibtlərinin hər zaman yaxşı olduğunu deyib:
"Duz-çörək kəsmişik. Hər şey ədalətli olsa yaxşı olardı. Tanışım, Səadət Şahvələdova bağça müdiri işləyirdi. Vilyam müəllim onu işdən çıxartmaq istəyirdi. Gəldim yanına, xahiş elədim, məni eşitdi. Buna görə Səadət mənə 5 min manat verdi, mən də aparıb icra hakimiyyətinin mühasibi Cəmilə verdim. Vilyam müəllim, başına dönüm, səni həmişə sevmişəm. Amma kişi kimi danışaq də. Beş min manat vermişəm axı... ”
İmişlidə təqdimatın qiyməti 5 min manat
Daha sonra şahid qismində M.Atakişiyevin qardaşı oğlu Orxan Atakişiyev dindirilib. O, icra hakimiyyətindən təqdimat almaq üçün 5 min manat verdiyini deyib.
Vaxtilə İmişli Dəmir yolunda məsul vəzifədə çalışan, hazırda təqaüddə olan Aydın Xankişiyev ifadəsində rayonda aparılan abadlıq-quruculuq işləri üçün icra hakimiyyətinin mühasibinə 1000 manat pul verdiyini deyib.
Digər bələdiyyə sədri Malik Əzimov da ifadəsində rayonun abadlaşdırılması üçün pul verdiyini açıqlayıb. "İcra başçısı iclasda dedi ki, abadlıq işlərinə kömək lazımdı. Mən də mühasibə 2 min manat verdim. Rayonda səkilər salındı, abadlıq işləri aparıldı”,-o deyib.
Yalavac kəndində yaşayanların hamısı ac deyilmiş: “Başçıya 70 min manat verdim...”
İmişli rayonunun Yalavac kənd sakini, sahibkarlıqla məşğul olan Malik Əliyev kənd təsərrüfatı təyinatlı 300 hektar torpaq almaq üçün icra hakimiyyətinin mühasibinə 70 min manat pul verdiyini deyib: "Bu işlə əlaqədar İcra Hakimiyyətinin mühasibinə müraciət etmişəm. Məndən 70 min manat istədi, verdim. O da torpağın sənədlərini verdi. İndi də həmin torpaq sahəsi istifadəmdədir. 180 baş inəyim var".
Məhkəmə prosesi martın 28-də davam etdiriləcək. V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.
Sabiq icra başçısı elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib.
09:27 / 02 Noyabr 2026
89
09:23 / 02 Noyabr 2026
41
09:21 / 02 Noyabr 2026
47
09:20 / 02 Noyabr 2026
46
02:55 / 02 Noyabr 2026
276
01:12 / 02 Noyabr 2026
160
00:41 / 02 Noyabr 2026
265
00:26 / 02 Noyabr 2026
261
00:06 / 02 Noyabr 2026
548
23:52 / 01 Noyabr 2026
895
23:45 / 01 Noyabr 2026
1845
23:40 / 01 Noyabr 2026
173
23:27 / 01 Noyabr 2026
251
23:25 / 01 Noyabr 2026
683
23:14 / 01 Noyabr 2026
268
23:00 / 01 Noyabr 2026
654
22:56 / 01 Noyabr 2026
174
22:04 / 01 Noyabr 2026
162
21:49 / 01 Noyabr 2026
205
21:49 / 01 Noyabr 2026
208
21:26 / 01 Noyabr 2026
414
21:14 / 01 Noyabr 2026
412
20:55 / 01 Noyabr 2026
364
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.