Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6703
az

Masallıda müəmmalı yanğını törədən tutuldu - Qohum imiş

15:0303 Noyabr, 2018
944
KRİMİNAL
  • A
 Masallıda qohumlarına, eləcə də atasına məxsus əmlakı qəsdən yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu24.com  verilən məlumata görə, oktyabr ayının 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın baş verib.
Nəticədə 100 kv.m. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.
Belə ki, onun oktyabr ayının 19-dan 31-dək olan müddətdə həmkəndliləri olan qohumları Vüqar Məmmədzadənin evini və Hakim Həsənovun “VAZ-2106” markalı avtomobilini, habelə atasına məxsus yardımçı təsərrüfatı yandırdığı da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü