Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6641
az

Bakıda qoca manyakın qonşu uşaqlara qarşı tükürpədən hərəkətləri - 5 yaşlı qızın anası təfərrüatları açıqladı

11:4801 Noyabr, 2018
1488
KRİMİNAL
  • A
 Bakının Nəsimi rayonunda azyaşlı uşaqlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs saxlanılıb.

BakuPost xəbər verir ki, rayon ərazisində yaşayan 59 yaşlı kişi qonşuluğunda yaşayan uşaqları aldadaraq gizli yerlərə aparırmış, onları qorxudaraq seksual xarakterli hərəkətlər edirmiş.

5 yaşlı qız uşağının onun əməlinin üstünü açmasından sonra valideynləri polisə şikayət ediblər. Kişi saxlanılıb.

Hadisə ilə bağlı BakuPost-a danışan 5 yaşlı T.İ.-nin anası G.İ. deyib ki, bu barədə təsadüfən öyrənib:

"Dünən uşağın paltarını geyindirəndə başa salırdım ki, birdən kimsə sizi harasa aparmaq istəyər, toxunmaq istəyər, qəti icazə verməyin. Bunları dediyim vaxt uşaq mənə cavab verdi ki, ana, mən sənə deməyə qorxurdum, amma E. baba mənə qarşı belə hərəkətlər edib.

E.M. da bizim həyət qonşumuzdur. Yoldaşı ilə həmişə düşüb həyətdə qapılarının qabağında oturur. Onlar da həyətdə olanda güvənirəm ki, qonşum həyətdədir, uşaqlara dəyib-dolaşan olmaz. Həmişə də deyirəm ki, ay qızım, E. babanın yanından uzaqlaşmayın. Uşaq həmin kişiyə "baba” deyə müraciət edib.

Uşaqdan soruşdum ki, harda edib, necə edib. Məlum oldu ki, evlərinin yanında əl damı kimi yer var, onun zirzəmisinə ora aparıb, ona qarşı cinsi zorakılıq edib.

Dəli oldum, getdim qapılarını döydüm, kişi evdə yox idi. 102-ə zəng elədik, polis gəldi. Həmin o kişinin yoldaşını danışdırdılar.

Sonra uşağın ifadəsini aldılar. Açıqlığı ilə danışa bilmirəm, çünki çox əxlaqsız hərəkətlər edib.

Yoldaşı da utanmaz-utanmaz deyir ki, bəlkə uşaq yalan danışır? 5 yaşlı uşaq nə bilə bilər ki, o hərəkətlər var?

Uşağıma deyib ki, bunu kiməsə desən, səni öldürəcəyəm. Uşaq da qorxusundan deməyib”.

Anası uşağın psixoloji vəziyyətinin hazırda normal olduğunu, lakin gecələr çox qorxduğunu deyib:

"Neçə vaxtdır ki, qız yatmırdı, hər dəfə gəlib deyirdi sizinlə yatmaq istəyirəm, məni tək qoymayın və s. Mən nə bilim axı belə bir şey ola bilər. Ağlıma gəlməyib.

Biz bunu polisə danışanda məlum oldu ki, qonşudakı oğlan uşağına qarşı da belə hərəkətlər edibmiş. Deməli 11 yaşlı oğlan uşağını aparıb köhnə bir evə, orada uşağı sığallayıb, porno filmlər qoyub, uşağa deyib ki, bax. Uşağı 3-4 dəfə o evə aparıb. Belə hamımız şokdayıq.

Bütün qonşular deyir ki, o ailə buradan köçsün getsin. Burda onlardan kimsə qalsa, məhəllə əhli onları qovacaq. Ya da çox pis şeylər olacaq. Kişinin özünün də oğlanları var, gəlin gətiriblər, nəvəsi olacaq. Onun qanunla cəzasını almasını istəyirik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ