Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6578
az

"Lotu Quli" ilə "Sabirabadlı Hikmət"in türmədəki əlbəyaxa davası: "Onu söymə"

12:4330 Oktyabr, 2018
1336
KRİMİNAL
  • A
 Çox az adama bəllidir ki, kriminal aləmin “Böyük qardaşı” Hikmətlə “Lotu Quli” arasında mehribanlıqla yanaşı, gərgin günlər də yaşanıb. Hətta onlar əlbəyaxa olub dalaşıblar.

Oxu24.com xəbər verir ki, Yeniçağın məlumatına görə, bu hadisə 13 saylı cəzaçəkmə müəssisəsində baş verib.

Nadir Səlifov ora gətiriləndə “Sabirabadlı Hikmət” də orda olub.

Muxtarov Hikmət Məmmədqulu oğlu 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkənd kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitunda təhsil alarkən Bakı Şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və ilk məhkumluğunu yaşayıb. 3 il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı cəzaçəkmə müəssisəində və Xələc düşərgəsində çəkib.

1981-ci ildə yenidən 7 il müddətinə həbs olunub. Rostov düşərgəsində Mixail “Kotovski”, Kolya “Lebed”lə tanış olub. Burada başladılan qiyamın təşkilatçılarından olduğuna görə, işinin üstünə 3 il əlavə ediblər.

“Böyük qardaş” ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq “Kresti” kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib. 1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb. 2001-ci ildə cibindən narkotik vasitə heroin “tapılıb” və 8 il azadlıqdan məhrum edilib. Sonra işinin üstündən 5 il götürüblər.

Lotu Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran Mercedes-500 markalı maşının minmək istərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun meyiti təyyarə ilə Azərbaycana göndərilib. Bakıdan meyiti Sabirabad rayonunun doğma Kürkəndi kəndinə gətirilib və buradakı qəbiristanlıqda dəfn edilib.

Sabiq məhkumun söhbəti: “Hikmət istər Azərbaycanda, istərsə də Rusiyada çox hörmətli, nüfuzlu idi. Onu hər yerdə tanıyırdılar. Onun qəribə xasiyyəti var idi. Çox vasvası idi. Heç kim Hikmətin yatağının üstünə otura bilməzdi. Hikmət insanları hələm-hələm özünə yaxın buraxmırdı. O, biləndəki yanına kimsə gəlib və 5000 dollar pul gətirib, onu yaxına buraxmırdı. Deyirdi, bu gün 5000 veribsə, sabah 10 dənə şey xahiş edəcək”.

2003-cü ilin yayında 13 saylı cəzaçəkmə müəssisəsində içki məclisində “Lotu Quli”, Hikmət, “Bülbüləli İlqar”, “İlham Maştağa”, “Sabirabadlı” Əli olub. Söhbət əsnasında Hikmət Otarı təhqir edib. Onun barəsində kriminal aləmində ən ağır jarqonu işlədib. Keçmişdə Otara məhz Hikmət tərəfindən “oğru” adının verilməsinə, eləcə də Otarın “Lotu Quli”yə titul almasında maneçilik törədilməsinə baxmayaraq, Nadir Səlifov deyib ki, Otar ölüb, ikincisi isə o, mənim dostum olub. Onun barəsində bir də söyüş söymə. Aradan 10 gün keçib və yenə içki məclisində Hikmət Otarı söyüb. “Lotu Quli” yenə eyni sözləri təkrarlayıb. Bu zaman Hikmət “Lotu Quli”ni də təhqir edib. Əslində o, səhv etdiyini anlayıb və başa düşüb ki, ölən adamı dostunun yanında söymək olmaz. Amma geri də çəkilmək istəməyib. Bu zaman “Lotu Quli” ayağa qalxaraq “əclaf özünsən” deyib. Ona bir sillə vurub. Beləcə aralarında dava başlayıb. Otaqda olanları da yaxına buraxmayıblar. “İki qardaş özümüz bilərik” deyib, dalaşmağa davam ediblər. Dava zamanı daha gənc olan Səlifov çevik tərpənib. Bu hadisə Hikmətin azadlığa çıxmasından az əvvəl olmuşdu. Ona görə də, Hikmət azadlığa çıxanda onun sifətində həmin davanın izləri qalmışdı. Bununla belə, onlar küsülü kimi ayrılmadılar. Ürəyin dərinliyində inciklik təbii ki, qala bilərdi…

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın küçədə qan içində qaldı... — Polis dərhal həbs etdi / VİDEO
Əri işə gedən kimi sevgilisini yatağına saldı, sonra atası... - Azərbaycandakı olay HAMINI ŞOKA SALACAQ
Bakıda  qızlara söz atan  oğlan  öldürüldü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ