Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda şirkətdə yanğın, çilingər öldü

2018-10/1540819593_fhn.jpg

KRİMİNAL

1147

29.10.2018, 17:26

\"\" Bakıda iş yerində yanıq xəsarəti alan şəxs ölüb.
Oxu24.com-un məlumatına görə, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən “Ekol Mühəndislik xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində çilingər vəzifəsində işləyən 21.07.1988-ci il təvəllüdlü Mustafayev Adəm Alxan oğlu iş yerində yanıq xəsarəti alıb. Adəm Mustafayev QSC-nin inzibati ərazisindəki sexdə quraşdırılmış motorxanada təmir işləri apararkən motorun kamerasında anidən başlayan yanğın zamanı yanıq xəsarətləri alıb. Xəstə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Lakin aldığı xəsarətlərdən orada dünyasın dəyişib. Faktla bağlı cinayət işi başlanılıb.