Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63519
az

Göyçayda 3 uşaq anası özünü tövlədə asıb

18:4506 Yanvar, 2022
306
KRİMİNAL
  • A
Göyçay rayonunda intihar hadisəsi baş verib. RegionXəbərləri.com APA-ya istinadla xəbər verir ki, hadisə Göyçayın Qaraməryəm kəndi ərazisində yerləşən mal-qaranın qışlaq yatağında qeydə alınıb. İsmayıllı rayonunun Kürd Eldarbəyli kənd sakini 1992-ci il təvəllüdlü Məmmədov Sahil Rasim oğlu ailə üzvləri ilə birgə özünə məxsus qoyun sürüsünü Göyçay ərazisindəki qışlaq yatağına apararaq oradakı fermada məskunlaşıb. Onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Məmmədova Minəvvər Şamil qızı yaşadıqları fermada özünü kəndirlə asaraq intihar edib. Üç uşaq anası Minəvvər Məmmədovanın intiharının səbəbi hələlik bilinmir. Meyit müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Onun əvvəlcə böyrək çatışmazlığı səbəbindən öldüyü deyilsə də, araşdırma zamanı qadının intihar etdiyi məlum olub. Minəvvər Məmmədova Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan İsmayıllıya gəlin gəlib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda yaşayış binasında YANĞIN: 5 nəfər...
Sevgilisi oğlanın özünü asacağını öncədən bilirmiş: ailəsinə intihar yerini də o deyib

Zaqataladan ACI XƏBƏR: 13 yaşlı yeniyetmə...

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO