Faciəli şəkildə həyatını itirdi: Atla mal otarırmış
12 Mart 2026, 21:20
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2458
21.12.2021, 21:28
Son illər ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən biri olan “Tərtər işi” ilə bağlı sensasion sayıla biləcək xəbər yayılıb. Məlumata görə “Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb və baş verənlər yenidən araşdırılacaq.
2017-ci ildən bu günə qədər “Tərtər işi” ilə əlaqədar həbs edilən hərbiçilərin yaxınlarının, işgəncələr nəticəsində dünyasını dəyişənlərin ailə üzvlərinin, təzyiqlərə məruz qalmış, ordudan qovulmuş hərbçilərin ifadələri mövzunu daim aktual saxlayırdı. “Tərtər işi”nin yenidən araşdırılması, həqiqi günahkarların ortaya çıxarılması ilə bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciətlər edilirdi.
Bu gün də ciddi müzakirə mövzusuna çevrilən yeni xəbərlə bağlı musavat.com-a danışan hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov maraqlı məlumatlar bölüşüb.
Ü.Cəfərov qeyd edib ki, “Tərtər işi” ilə bağlı çoxsaylı narazılıqlar olsa da bəzi maraqlı tərəflər bu işin ədalətli şəkildə aradırılmasına mane olub.
Polkovnik qeyd edib ki, bir qrup ehtiyatda olan yüksək rütbəli zabitlər, hərbiçilər ölkə başçısına müraciət edib: “Məndə olan məlumata görə həmin hərbiçilər öz imkanlarından istifadə edərək bu məsələni Ali Baş Komandana çatdırıblar. Ölkə başçısı səviyyəsində bu işin ciddi şəkildə yenidən araşdırılması barədə göstəriş verilib”.
Üzeyir Cəfərov bildirib ki, bu işlə bağlı nöqsanı olan şəxslər vəzifəsinə və bu günə qədərki xidmətlərinə baxmayaraq cəzalandırılmalıdır:
“2017-ci ildən bu günə qədər həm ölkə daxilində, həm də bir çox xarici dairələrdə müzakirə mövzusu oldu. Bu işin yenidən araşdırılması, günahı olan şəxslərin cəzalandırılması, günahsızların bəraət alması ölkədə vətəndaşların dövlətə olan inamını daha da artıracaq. Bu, həm də çox gözəl bir haldır ki, insanlar ölkə daxilində ədalətin bərpasına nail ola bilirlər.
Həmçinin oxuyun
Mən həmin hadisələrin şahidi olmamışam, amma bu işə cəlb edilən bəzi şəxslərin bəraət aldığını, günahsız olduğunu gördük. İşin yenidən araşdırılması bir çox məsələlərə aydınlıq gətirəcək. Təəssüf ki, bəzi şəxslər şəxsi intriqalarını, məqsədlərini ortaya qoyurlar”.
Ü.Cəfərov “Tərtər işi”nin yenidən araşdırılması zamanı sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov və bu işdə adı çox hallanan general Hikmət Həsənovun istintaqa cəlb ediləcəyi fikirlərinə də münasibət bildirib.
Hərbi ekspert deyib ki, istintaq başa çatmadan əvvəl belə fikirlər səsləndirilməsi doğru olmaz:
“Bir daha onu qeyd edim ki, ortada bir cinayət, nöqsan varsa, əvvəlki xidmətlərinə, vəzifəsinə baxmayaraq həmin şəxslər mütləq şəkildə cəzalandırılmalıdır.
Mənim keçmiş hərbiçi kimi hazırda orduda olan, ordudan tərxis olmuş zabitlərlə əlaqələrim var. İndi kiminsə adını çəksəm düşünəcəklər ki, digərinin adını niyə çəkmir? Yəqin ki, adını çəkmədiyim şəxslə dost olduğumu deyəcəklər.
Adını çəkəcəyim şəxsdən də xoşum gəlmədiyi üçün adını çəkdiyimi düşünəcəklər. Bu işlə bağlı məndə bir çox məlumatlar var, amma hamı kimi mən də istintaqın nəticəsini gözləmək məcburiyyətindəyəm. Qəti şəkildə bir daha onu deməliyəm ki, “Tərtər işi”ndə zərrə qədər də olsa günahı olan şəxs mütləq şəkildə cəzasız qalmamalıdır”.
10:47 / 13 Mart 2026
1
10:21 / 13 Mart 2026
32
10:18 / 13 Mart 2026
32
10:01 / 13 Mart 2026
41
09:56 / 13 Mart 2026
44
09:52 / 13 Mart 2026
248
09:49 / 13 Mart 2026
68
09:38 / 13 Mart 2026
363
09:33 / 13 Mart 2026
191
09:30 / 13 Mart 2026
70
09:28 / 13 Mart 2026
53
09:27 / 13 Mart 2026
41
07:29 / 13 Mart 2026
116
23:54 / 12 Mart 2026
423
23:52 / 12 Mart 2026
355
23:48 / 12 Mart 2026
153
23:33 / 12 Mart 2026
1920
23:17 / 12 Mart 2026
148
23:07 / 12 Mart 2026
115
22:52 / 12 Mart 2026
170
22:45 / 12 Mart 2026
158
22:27 / 12 Mart 2026
144
22:25 / 12 Mart 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.