Qaynar xətt:

(+99450) 247 90 86

Valideynləri ilə toya gedən uşaqlar çayda boğularaq öldülər

Valideynləri ilə toya gedən uşaqlar çayda boğularaq öldülər

KRİMİNAL

415

20.12.2021, 19:33

Bərdədə iki azyaşlı uşaq çayda boğularaq ölüb.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində baş verib.

2012-ci il təvəllüdlü Qurbanov İbrahim Zöhrab oğlu və 2014-cü il təvəllüdlü Qurbanov Allahverdi Vasif oğlu Tərtər çayına düşərək boğulublar. Hər iki uşaq sudan çıxarılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedibmiş.