Arayik Arutyunyan bunu Bakıda etiraf etdi
09 Noyabr 2026, 09:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
953
01.12.2021, 11:10
Noyabrın 30-u saat 1 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Beyləqan Rayon Prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu bildirib, polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə o, Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib, E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
13:11 / 09 Noyabr 2026
19
12:57 / 09 Noyabr 2026
249
12:55 / 09 Noyabr 2026
56
12:40 / 09 Noyabr 2026
144
12:27 / 09 Noyabr 2026
95
12:15 / 09 Noyabr 2026
212
12:03 / 09 Noyabr 2026
791
11:56 / 09 Noyabr 2026
109
11:56 / 09 Noyabr 2026
147
11:43 / 09 Noyabr 2026
109
11:37 / 09 Noyabr 2026
242
11:34 / 09 Noyabr 2026
104
11:30 / 09 Noyabr 2026
98
11:22 / 09 Noyabr 2026
106
11:09 / 09 Noyabr 2026
254
11:05 / 09 Noyabr 2026
156
10:55 / 09 Noyabr 2026
217
10:51 / 09 Noyabr 2026
427
10:44 / 09 Noyabr 2026
195
10:38 / 09 Noyabr 2026
254
10:30 / 09 Noyabr 2026
147
10:27 / 09 Noyabr 2026
131
10:10 / 09 Noyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.