Qaynar xətt:

(+99450) 247 90 86

Saatlı və Zərdab sakinlərində silahlar aşkarlandı

Saatlı və Zərdab sakinlərində silahlar aşkarlandı

KRİMİNAL

2357

21.04.2021, 10:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saatlı və Zərdab rayon sakinlərindən ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Azadkənd sakini S.Orucovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov silahı aşkar edilərək götürülüb.

Bundan başqa, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri Ş.Musayev və B.Nuruyev ov silahlarını könüllü olaraq RPŞ-yə təhvil veriblər.