Qaynar xətt:

(+99450) 247 90 86

Salyanda 25 yaşlı kişi intihara cəhd edib

Salyanda 25 yaşlı kişi intihara cəhd edib

KRİMİNAL

1366

23.01.2021, 19:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Salyan rayonunda da 25 yaşlı kişi intihara cəhd edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xalac kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Rəşad Malik oğlu Həmidov sirkə turşusu içərək özünə qəsd etmək istəyib.

O, Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra R.Həmidov ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.