DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2463
21.01.2021, 18:54
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı, kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Etibar Yusifov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 47 qram heroin və narkotik vasitələrin onlayn satışı nəticəsində əldə etdiyi maddi vəsaitlərin toplandığı plastik kartlar aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Etibar Yusifovun Abşeron rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 7 kiloqram 310 qram heroin, 2 kiloqram 440 qram qurudulmuş marixuana, 843 qram tiryək, 3 kiloqram 480 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində də əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Habil Qarayevin evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və evin zirzəmisinə baxış zamanı orada yaratdığı istixanadan xüsusi qulluq edilərək yetişdirdiyi ümumilikdə 60 ədəd çətənə bitkisinin kolları və şitilləri, eləcə də 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Habil Qarayev ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mart ayında əkdiyini və onların yetişməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyini bildirib.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 14 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar, araşdırmalar davam etdirilir.
11:19 / 14 Noyabr 2026
13
11:09 / 14 Noyabr 2026
31
11:00 / 14 Noyabr 2026
60
10:58 / 14 Noyabr 2026
66
10:46 / 14 Noyabr 2026
74
10:36 / 14 Noyabr 2026
72
10:17 / 14 Noyabr 2026
68
09:59 / 14 Noyabr 2026
86
09:46 / 14 Noyabr 2026
96
09:30 / 14 Noyabr 2026
88
09:29 / 14 Noyabr 2026
113
09:23 / 14 Noyabr 2026
111
08:09 / 14 Noyabr 2026
1464
01:15 / 14 Noyabr 2026
166
00:40 / 14 Noyabr 2026
322
00:02 / 14 Noyabr 2026
1243
23:58 / 13 Noyabr 2026
166
23:49 / 13 Noyabr 2026
166
23:40 / 13 Noyabr 2026
180
23:28 / 13 Noyabr 2026
182
23:22 / 13 Noyabr 2026
173
23:17 / 13 Noyabr 2026
446
23:09 / 13 Noyabr 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.