DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3273
19.01.2021, 20:43
12 iyul 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Səniybər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Oxu24.com rayon prokurorluğuna istinadən xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Səniybər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
12:09 / 14 Noyabr 2026
65
11:58 / 14 Noyabr 2026
80
11:50 / 14 Noyabr 2026
65
11:39 / 14 Noyabr 2026
69
11:32 / 14 Noyabr 2026
78
11:19 / 14 Noyabr 2026
84
11:09 / 14 Noyabr 2026
85
11:00 / 14 Noyabr 2026
100
10:58 / 14 Noyabr 2026
92
10:46 / 14 Noyabr 2026
99
10:36 / 14 Noyabr 2026
93
10:17 / 14 Noyabr 2026
85
09:59 / 14 Noyabr 2026
104
09:46 / 14 Noyabr 2026
112
09:30 / 14 Noyabr 2026
104
09:29 / 14 Noyabr 2026
129
09:23 / 14 Noyabr 2026
127
08:09 / 14 Noyabr 2026
1640
01:15 / 14 Noyabr 2026
177
00:40 / 14 Noyabr 2026
349
00:02 / 14 Noyabr 2026
1302
23:58 / 13 Noyabr 2026
201
23:49 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.