DİN hadisə ilə bağlı AÇIQLAMA YAYDI
14 Noyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1506
18.01.2021, 10:00
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Nurlan Zülfüqarov Cəlilabad rayon sakini Y.Nuruşovun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilib.
Cəlilabad RPŞ-də avtomobilə keçirilən baxış zamanı oradan N.Zülfüqarova məxsus qara rəngli polietilen torbada ümumi çəkisi 4 kiloqram 115 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Cəlilabad RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər əməliyyat tədbiri nəticəsində rayon sakini Qoşqar Qənbərli saxlanılıb.
Onun yaşadığı evdən 1 kiloqram 365 qram narkotik vasitə heroin, əlavə olaraq qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
12:49 / 14 Noyabr 2026
1
12:25 / 14 Noyabr 2026
62
12:09 / 14 Noyabr 2026
83
11:58 / 14 Noyabr 2026
86
11:50 / 14 Noyabr 2026
71
11:39 / 14 Noyabr 2026
74
11:32 / 14 Noyabr 2026
84
11:19 / 14 Noyabr 2026
92
11:09 / 14 Noyabr 2026
92
11:00 / 14 Noyabr 2026
107
10:58 / 14 Noyabr 2026
97
10:46 / 14 Noyabr 2026
105
10:36 / 14 Noyabr 2026
97
10:17 / 14 Noyabr 2026
90
09:59 / 14 Noyabr 2026
108
09:46 / 14 Noyabr 2026
118
09:30 / 14 Noyabr 2026
107
09:29 / 14 Noyabr 2026
133
09:23 / 14 Noyabr 2026
227
08:09 / 14 Noyabr 2026
1696
01:15 / 14 Noyabr 2026
195
00:40 / 14 Noyabr 2026
359
00:02 / 14 Noyabr 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.