Qaynar xətt:

(+99450) 247 90 86

Azərbycanda dəhşətli hadisə: İtlər kişini öldürdü

Azərbycanda dəhşətli hadisə: İtlər kişini öldürdü

KRİMİNAL

4272

14.01.2021, 15:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Kürdmaşı kənd sakini, 1984-cü il təvəllülü Teyyubov Vüqar Zahir oğlu yaşadığı kənddə qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İt onun bədənini dişləyərək ağır xəsarətlər yetirib.

Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, ürək çatışmazlığı səbəbindən hadisə yerində keçinib.

Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.