Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralanan var

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralanan var

KRİMİNAL

5165

04.01.2021, 08:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Lənkəranda baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb. 90-NE-547 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı daş hasara, sonra ağaca çırpılaraq su kanalına aşıb. Nəticədə sürücü - Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Yunis Məcidəli oğlu Kərimov hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1992-ci il təvəllüdlü Elşən Tofiq oğlu Bəndizadə isə ağır bədən xəsarətləri alıb və yaxınlıqdakı insanların köməkliyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. O, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sürücü Y.Kərimovun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.