Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə şok hadisə: Qardaşının  evinə oğurluğa  girdi - VİDEO

Gəncədə şok hadisə: Qardaşının  evinə oğurluğa  girdi - VİDEO

KRİMİNAL

1994

02.01.2021, 19:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər  ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Teymur Həsənov, tanışı Anar Əsgərovla birlikdə qardaşına məxsus fərdi yaşayış evinə qanunsuz olaraq  daxil olaraq oradan ümumi dəyəri 374 manat olan müxtəlif ölçülü dam örtüyü, 80 manat dəyərində pilləkən və 125 manat dəyərində dəmir su çənini oğurlayıblar.
Onlar maddi sübutlarla  birgə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.