Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: Ölən və yaralı var

Azərbaycanda dəhşət: Ölən və yaralı var

KRİMİNAL

3384

02.01.2021, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.

Nəticədə sürücü və sərnişini, İmişli rayon sakini Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.