Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə: Yanıb öldü

Bakıda dəhşətli hadisə: Yanıb öldü

KRİMİNAL

1138

28.11.2020, 00:40

Bakıda yanğın zamanı bir nəfər ölüb.
Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.