Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə: Polis hər yerdə bu şəxsləri axtarır

Bakıda dəhşətli hadisə: Polis hər yerdə bu şəxsləri axtarır

KRİMİNAL

1135

27.11.2020, 10:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Noyabrın 26-ı saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Yasamal Rayon Pokurorluğundan məlumat verilib. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.