Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4219
az

5 qadını fahişəliyə cəlb edən Xəyal özünü təqsirli bilmir

13:2503 Avqust, 2018
1001
KRİMİNAL
  • A
 Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfər qadını işləmək adı ilə Türkiyəyə aparıb onları fahişəliyə məcbur etməkdə təqsirləndirilən Xəyal Ələkbərov və Zəhra Quliyevanın məhkəməsi keçirilib.

Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror çıxış edərək ittiham aktını elan edib.

İttihama görə,  adıçəkilən şəxslər 5 nəfər qadını Türkiyəyə yüksək maaşla işləmək adı ilə aparıblar. Qurbanları avtobus və təyyarə ilə Türkiyəyə yol salıblar. Onları Türkiyədə Zəhra Quliyeva özü qarşılayıb. Qadınların xarici pasportunu alaraq onları cinsi istismara məruz qoyub və yaşadıqları evdə ayrı-ayrı şəxslərlə cinsi əlaqəyə girməyə məcbur ediblər.

X. Ələkbərov özünü təqsirli bilməyib. Deyib ki, zərərçəkmiş qadınları Türkiyəyə iş üçün göndərib. Z. Quliyeva da özünü təqsirli bilmədiyini deyib. Zərərçəkmiş şəxslər isə məhkəmə prosesində iştirak etməyib.

P. S: Qanunvericiliyə görə insan alveri qurbanlarının adları açıqlanmır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Bakıda qoyun       oğruları       saxlanıldı