Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qadını öldürmək istəyən şəxs həbs edildi

2018-07/1532068269_elmar-1-760x506-651x369.jpg

KRİMİNAL

1173

20.07.2018, 10:31

\"\" Qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən şəxs tutulub. Oxu24.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F.Şahsuvarov saxlanılıb Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə cinayət işi başlanıb.