Goranboyda iki qadın qətlə yetirildi
19 May 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1663
20.08.2020, 19:49
"Xan Əhmədlinski" kimi tanınan kriminal avtoritet Xaqan Zeynalov "Lotu Quli"ni otel nömrəsində kart oynayarkən vurub.
Oxu24.com Virtualaz.org-a istinadən xəbər verir ki, "Prime Crime" saytı məşhur qanuni oğrunun öldürülməsinin yeni təfərrüatlarını əldə edib. Bildirilir ki, otaqda "Lotu Quli"dən başqa daha iki nəfər, o cümlədən onun cangüdəni olub.
Otağa daxil olan qatilə-Xaqan Zeynalova heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı. Otağa daxil olan X.Zeynalov Nadir Səlifovun gicgahından atəş açıb, bu zaman Qulinin vəkili cavab atəşi açsa da qatil qaça bilib. Daha sonra onu polislər saxlayıb.
Xatırladaq ki, qətldən əvvəl "Xan Əhmədlinski"nin oteldə "Lotu Quli"nin arxasınca getdiyini əks etdirən görüntülər yayılıb. Bu kadrları qatil qətli törətməzdən təxminən 30 dəqiqə əvvəl çəkib, ehtimal edilir ki, o, kadrları sifarişçiyə göndərib və bununla da "Lotu Quli"nin yanında olduğunu sübut etmək istəyib.
URA.ru portalı isə yazır ki, Sverdlovsk vilayətinin kriminal aləmi "Lotu Quli"nin öldürülməsindən sonra müharibəyə hazırlaşır. Yerli hüquq-mühafizə orqanlarından bildiriblər ki, Qulinin regionda nüfuzu böyükdür, ona görə də onun ölümündən sonra kriminal aləmdə hakimiyyət bölgüsü uğrunda mübarizə başlayacaq.
Bununla belə mənbə 90-cı illərdə olduğu kimi kriminal müharibənin olacağını gözləmir. Hərçənd "Rövşən Lənkəranski"nin öldürülməsindən sonra onun qruplaşmasının "Lotu Quli"nin tərəfinə keçən nümayəndələri indi yeni "boss"un kim olacağını gözləyir.
Nəşrin məlumatına görə, Qulinin yerinə indi üç "vor zakon" iddia edir: "Ded Xasan"ın qohumu, 47 yaşlı "Giya Sverdlovski" (Georgi Akoyev), "Avto" ləqəbli, 65 yaşlı Avtandil Kobeşavidze və "Əhməd Şalinski" ləqəbli, 39 yaşlı Əhməd Dombayev.
21:58 / 19 May 2026
1
21:35 / 19 May 2026
37
21:20 / 19 May 2026
37
21:09 / 19 May 2026
43
20:47 / 19 May 2026
52
20:47 / 19 May 2026
41
20:42 / 19 May 2026
46
20:38 / 19 May 2026
43
20:34 / 19 May 2026
44
20:31 / 19 May 2026
37
20:27 / 19 May 2026
87
20:24 / 19 May 2026
143
20:23 / 19 May 2026
104
20:12 / 19 May 2026
61
19:51 / 19 May 2026
86
19:35 / 19 May 2026
69
19:22 / 19 May 2026
103
19:00 / 19 May 2026
142
18:58 / 19 May 2026
97
18:48 / 19 May 2026
125
18:29 / 19 May 2026
74
18:19 / 19 May 2026
114
18:01 / 19 May 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.