Qaynar xətt:

(+99450) 247 90 86

“Lotu Quli”ni öldürən tək olmayıb: Daha bir nəfər tutuldu -  VİDEO

“Lotu Quli”ni öldürən tək olmayıb: Daha bir nəfər tutuldu -  VİDEO

KRİMİNAL

1473

20.08.2020, 17:50

Kriminal aləmdə "Lotu Quli” kimi tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən iki nəfər – 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov Dənizlidə saxlanılıb.

Bu barədə "Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.
N.Səlifovun qətlində şübhəli bilinən şəxslərin Dənizli şəhərinə gəldiyini öyrənən hüquq-mühafizə orqanlarının əməliyyat keçirərək, hər iki şəxsi yaxalayıblar.

Qeyd edək ki, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. (oxu.az)