Goranboyda iki qadın qətlə yetirildi
19 May 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
733
20.08.2020, 01:10
Avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyindən OXU24.COM-A verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin - Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar.

20:47 / 19 May 2026
8
20:47 / 19 May 2026
15
20:42 / 19 May 2026
24
20:38 / 19 May 2026
25
20:34 / 19 May 2026
28
20:31 / 19 May 2026
26
20:27 / 19 May 2026
39
20:24 / 19 May 2026
102
20:23 / 19 May 2026
69
20:12 / 19 May 2026
44
19:51 / 19 May 2026
64
19:35 / 19 May 2026
60
19:22 / 19 May 2026
61
19:00 / 19 May 2026
133
18:58 / 19 May 2026
87
18:48 / 19 May 2026
115
18:29 / 19 May 2026
68
18:19 / 19 May 2026
105
18:01 / 19 May 2026
84
17:50 / 19 May 2026
64
17:30 / 19 May 2026
70
17:25 / 19 May 2026
78
17:05 / 19 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.