Canı yayımda söyüş söyən sərxoş tiktoker həbs olundu
16 Noyabr 2026, 23:37
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
546
18.08.2020, 15:20
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Abbas Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 9 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Abbas Quliyev ifadəsində narkotik vasitələri Sübhan adlı şəxsdən aldığını bildirib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirlərinin davamı olaraq keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan rayonun Qaraşala kənd sakini Sübhan Ağarzayev də saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasiotə heroin və 11 qaram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Xalac kəndi sakini Mənsum Əzimov tutulub. Onun yaşadığı evin yardımçı otağına baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Mənsum Əzimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

00:17 / 17 Noyabr 2026
39
23:58 / 16 Noyabr 2026
57
23:50 / 16 Noyabr 2026
67
23:37 / 16 Noyabr 2026
81
23:33 / 16 Noyabr 2026
78
23:25 / 16 Noyabr 2026
84
23:07 / 16 Noyabr 2026
90
22:57 / 16 Noyabr 2026
96
22:47 / 16 Noyabr 2026
98
22:30 / 16 Noyabr 2026
101
22:25 / 16 Noyabr 2026
140
22:21 / 16 Noyabr 2026
210
22:10 / 16 Noyabr 2026
130
21:59 / 16 Noyabr 2026
103
21:52 / 16 Noyabr 2026
138
21:46 / 16 Noyabr 2026
105
21:35 / 16 Noyabr 2026
131
21:30 / 16 Noyabr 2026
1939
21:24 / 16 Noyabr 2026
112
21:16 / 16 Noyabr 2026
125
21:01 / 16 Noyabr 2026
156
20:56 / 16 Noyabr 2026
124
20:54 / 16 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.