Bu gün Fövqəladəı Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Oxu24.com nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Quliyeva Sevinc Süleyman qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Oxu24.com
ŞƏRHLƏR