Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37593
az

Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb

17:1115 Avqust, 2020
275
KRİMİNAL
  • A

“Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq digər şəxslərin həyatına ciddi təhlükə yaradan 16 şəxs barəsində cinayət işi başlanılıb".

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib. 

Onun sözlərinə görə, karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları tərəfindən yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb: “Onların bir hissəsinə xəbərdarlıq edilib, bəziləri xəstəxanaya təhvil verilib, 16 fakt üzrə ərazi üzrə polis orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. 

Bu əmələ yol verən şəxslər Cinayət Məcəlləsində 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər.

Maddənin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin 2-ci bəndində isə eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı məsuliyyət müəyyən edilib. 

Bu əmələ görə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzüm yığarkən ölən ər və arvadın FOTOsu
19 gündür axtarılan Narinin cəsədi tapıldı
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu