Oğul anasını traktorla vurub öldürdü
19 May 2026, 10:23
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
556
14.08.2020, 23:29
Gəncə şəhər sakini Kamran Qasımovun öldürülüb sonra asılması və hadisənin yalandan intihar kimi qələmə verilməsi ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirilib.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu24.com-a açıqlamasında bildirib ki, son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbləri barədə həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılıb:
“Qeyd edim ki, iyul ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə bir nəfərin binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olub, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə) maddəsi ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izlərinin aşkarlanmayıb. Mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, K.Qasımov idmançı olub.
Həmçinin oxuyun
12:08 / 19 May 2026
1
11:56 / 19 May 2026
58
11:55 / 19 May 2026
24
11:46 / 19 May 2026
35
11:42 / 19 May 2026
98
11:41 / 19 May 2026
33
11:30 / 19 May 2026
31
11:25 / 19 May 2026
30
11:21 / 19 May 2026
75
11:12 / 19 May 2026
1028
11:11 / 19 May 2026
43
11:08 / 19 May 2026
41
11:01 / 19 May 2026
35
10:58 / 19 May 2026
36
10:51 / 19 May 2026
63
10:48 / 19 May 2026
48
10:41 / 19 May 2026
45
10:40 / 19 May 2026
46
10:37 / 19 May 2026
142
10:30 / 19 May 2026
135
10:26 / 19 May 2026
55
10:25 / 19 May 2026
52
10:23 / 19 May 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.