SON DƏQİQƏ! Dağda itkin düşdü
18 May 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
439
12.08.2020, 18:33
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Polşa Respublikasına dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Oxu24.com-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında 6 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Polşa Respublikasında yerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə "Gil" yükü daşıdığı əks olunan platforma "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.
Konteynerdə olan 20 paletdəki 720 ədəd standart ölçülü kisələrdə qablaşdırılmış "Gil" yükünün yoxlanılması zamanı xidməti it paletlərdən ikisinə reaksiya verib və gömrükçülər həmin kisələr üzərində əsaslı yoxlama aparıb. Bu zaman hər paletdə 7 ədəd olmaqla, ümumilikdə 14 kisədən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 200 kiloqram 800 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı Azərbaycan Respublikası ərazisindən tranzit keçirilməklə Avropaya aparılması nəzərdə tutulan külli miqdarda narkotik vasitələrinin gizlədildiyi kisələrin üzərində Azərbaycan Respublikasına məxsus istehsalçının "Üyüdülmüş Gil, Oğuz dağı, İstehsalçı: Mahmudov İ.İ. VÖEN 8600000742, Oğuz r-nu, H.Əliyev küç. 60" rekvizitlərinin əks olunması gömrük əməkdaşlarının diqqətini cəlb edib.
Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən "gil" yükü Azərbaycan Respublikasının Oğuz rayonunda fəaliyyət göstərən fərdi sahibkar tərəfindən əvvəllər qanunamüvafiq qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasına ixrac edilən və İran İslam Respublikasında fəaliyyət göstərən cinayətkar qrupun üzvləri tərəfindən sonradan həmin kisələrə narkotik vasitələr gizlədərək onlardan narkotiklərin daşınması zamanı istifadə olunub.
22:44 / 18 May 2026
427
22:40 / 18 May 2026
264
22:37 / 18 May 2026
75
21:25 / 18 May 2026
71
21:10 / 18 May 2026
80
21:08 / 18 May 2026
79
20:55 / 18 May 2026
76
20:50 / 18 May 2026
77
20:45 / 18 May 2026
83
20:31 / 18 May 2026
396
20:20 / 18 May 2026
74
20:10 / 18 May 2026
117
20:05 / 18 May 2026
81
19:59 / 18 May 2026
88
19:54 / 18 May 2026
119
19:43 / 18 May 2026
158
19:41 / 18 May 2026
113
19:39 / 18 May 2026
87
19:21 / 18 May 2026
424
19:18 / 18 May 2026
94
19:15 / 18 May 2026
117
19:12 / 18 May 2026
364
19:05 / 18 May 2026
828
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.