Xəbər veridiyimiz kimi Bakı şəhərinin Xəzər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Femida.az xəbər verir ki, ötən gün Yol Polisi əməkdaşları Range Rover markalı avtomobilin sürücüsünə "saxla" əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməyi ilə "Range Rover"i saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar. Belə ki, maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.
Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır kimi qiymətləndiriblər.
Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən onların bağlarında işləyən bağbandır.
Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə, o, məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə apararaq meyitlərini gizlətmək istəyib.
DİQQƏT! Video 18+ yaş qrupu üçün nəzərdə tutulub.
Oxu24.com
ŞƏRHLƏR