Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37330
az

Azyaşlı oğlunu velosiped oğurlamağa təhrik edən ata saxlanılıb - FOTO

12:1111 Avqust, 2020
749
  • A
Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib. Mahir Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib. Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib. Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb. Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan bir ədəd mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Polisin keçirdiyi əməliyyat zamanı bu cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib. Qeyd olunan faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN qanunsuz odlu silahlarla bağlı növbəti çağırış etdi
Filarmoniyadakı əməliyyatla bağlı yeni məlumat: Həbs edilən var
“Siyəzən Broyler”in həyətində insan sümükləri tapıldı

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
DİN qanunsuz odlu silahlarla bağlı növbəti çağırış etdi